Yeni tapılan abidələrlə bağlı yeni qaydalar

Azərbaycanda yeni tapılan abidələrlə bağlı yeni qaydalar müəyyənləşir.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq. Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Bundan əvvəl isə qanunda deyilir ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

Spiker deputatlara təpindi…

Read Next

Deputat parlamentdə şəhid Çingiz Qurbanovun məsələsini qaldırdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir