Yeni veb saytın təqdimatı keçirilib – ətraf mühitlə bağlı yeniliklər – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi AR-nın Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın dənizkənarı çimərliklərində ekosistemin və infrastrükturun monitorinqinin təşkili və maarifləndirmənin aparılması” layihəsi çərçivəsində yaradılmış http//:ecolifeinfo.az saytının təqdimatı ilə bağlı Dəyirmi masa keçirib.

Etikxeber.az xəbər verir ki, Dəyirmi masada ETSN-nin, dövlət strükturlarının, QHT-lərin, mətbuat vasitələrinin və  ictimaiyyətin nümayəndələri  iştirak edib.

Təşkialtın sədri Sadiq Həsənov layihə və yaradılan veb saytı təqdim edib.

Veb saytın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycan ictimaiyyətini dünyada və ölkədə ətraf mühitlə bağlı məlumatlarla təmin etmək və bu istiqamətdə aparılan elmi tədqiqatlar və ətraf mühitlə bağlı yeniliklər operativ olaraq ictimaiyyətə çatdırmaqdır.

S.Həsənov saytda gedən son məlumatları və elmi araşdırmalar haqqında geniş məlumat verib.

Tədbirdə iştirak edən Milli Ekologiya Mərkəzinin Prezidenti Telman Zeynalov veb saytın əhəmiyyətlərindən danışıb və təşkilatçılara uğurlar diləyib.

Tədbirdə iştirak edən Neft Fondunun nümayəndəsi Badir Bayramov yaradılan veb saytın uğurlu olduğunu və operativ informasiya ilə bağlı məlumatları əhaliyə çatdırdığına görə yenilik olduğunu bildirdi:

“Mədən sənayesində şəffaflıq təşkilatı bu ildən ətraf mühiti priroritet kimi elan edərək mədən sənayesi şirkətlərinin öz hesabatlarında ətraf mühitələ bağlı məlumatlarında da verilməli olacaq”.

ETSN-nin nümayəndəsi Ş.Bəkirov çıxış edərək dedi ki, bu  təşkilatın QHT sektorunda aktiv olduğunu, Nazirliyin İctimai  şurasının üzvü kimi S.Həsənovun daima bu sahədə aktiv olaraq işlədiyini və indi də yeni bir vebsayt yaratmaqla ətraf mühitlə bağlı şəbəkəyə yenilik gətirdiyini bildirdi.

Tədbirdə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Telman Süleymanov layihənin uğurlu olduğunu bildirərək, bütün dünyda ətraf mühitlə bağlı yaranan problemlərin aktuallaşdığı dövrdə yeni veb sayt yaratmaqla maraqlı bir layihəni, insanların marifləndirilməsində yeni bir veb saytın yarandığını alqışladıqlarını bildirib.

Etikxeber.az

Read Previous

“Daha önlərdə, ilk sıralarda olacağıq…” – MİLLƏT VƏKİLİ – RƏYLƏR

Read Next

Bu yolda təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir