İkinci Vətən Müharibəsi Şəhidi Emin İsmaylovun anası Məlahət İsmayılovanın doğum günüdür-SEVƏNLƏRİ, SEVDİKLƏRİ, DƏRD VƏ QÜRUR ORTAQLARI ŞƏHİD ANASININ BAŞINA TOPLAŞDI, BİR ÖMÜR BOYU UNUDULMAYACAQ GÖZƏL MƏCLİS YAŞANDI… – FOTOLAR – YENİLƏNİB – (2)

“Cənnət Anaların ayaqları altındadır!”-deyib Peyğəmbərimiz…

Belə Analardan, Cənnət ayaqları altında olan, Cənnəti elə bu dünyada qazanan Analardan biri də Məlahət Anadır…

Şəhid Anası, Qəhrəman Ana, Qəhrəman Oğulun Qəhrəman Anası Məlahət Ana, Məlahət İsmayılova…

İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay oğul, Azərbaycan Ordusunun Əsgəri olmuş Emin İsmayılovun Anası Məlahət Ana…

Doğum günüdür, 53 yaşı tamam olur, 54 yaşına qədəm qoyur…

Gözəl bir gündür, özəl bir gündür, əlamətdar bir gündür…

Bu əlamətdar gündə, əlamətdar günündə ürəkdən sevənləri, sevdikləri, Dərd və Qürur ortaqları yenə yanındadır, yenə ətafındadır, yenə başına toplaşıb, yenə başına cəm olublar…

Yenə Onu-Şəhid Eminimizinin əmanətini tək buraxmayıblar belə bir əlamətdar günündə…

Məlahət Anaya gözəl bir ortam, məclis təşkil ediblər…

Kimlər yoxdur məclisdə, kimlər…

Qəhrəman Şəhid anaları, Şəhid valideynləri, əsl Şəhidsevərlər, ziyalılar, sənətçilər…

Başda da daim Şəhid analarının yanında olan gözəl bəstəkar-müğənni Ruslan Səfəroğlu, sevilən ifaçı, sevilən sənətçi Nurlan Ordubadlı…

Gözəl, əlamətdar günlə bağlı hər kəs ürəyindən süzülüb gələn sözləri söyləyir, təbrik edirlər Məlahət Ananı…

Bütün xoş sözlərin, təriflərin yeganə ünvanı yalnız Məlahət Anadır…

Arada ruha qida verəcək musiqilər də ifa edilir, səsləndirilir…

Təsirli, duyğulu anlar yaşanır…

Sonda Şəhid ailələrinin iştirakı ilə tort kəsilir…

Və beləliklə, 4 saatdan çox davam edən, dadı bir ömür boyu yaddaşlarda qalacaq bir gün yaşanır…

Günü də, yeni yaşı da mübarək olsun!

Allah qorusun və balasının ruhu daim köməyi olsun!

Amin!

22:30

***

FOTOLAR:

23:00

***

23:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Nə yaxşı ki, Elçin kimi bir oğul böyütmüşəm, nə yaxşı ki, Elçin kimi bir Qəhrəmanın anasıyam…”-Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi, Əfsanəvi komandir, “Qarabağ” ordenli-ELÇİN TAĞIYEVİN BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 37 YAŞI TAMAM OLUR – MƏZARI ZİYARƏT OLUNDU, AİLƏSİNƏ KİTAB VƏ XALÇA TƏQDİM EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Əfsanəvi Milli Qəhrəman Fred Asifin Anım Günüdür, Əbədiyyətə uğurlanmasından 32 il keçir-MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir