Yenidən Şəhidimizin-Nur üzlü Miqdadımızın müqəddəs ocağında-KAMİL HƏMZƏOĞLU YAZDI

Hazırda, dünən axşamdan yenidən Qubadayam…

Yenidən gözəl, səfalı Mirzəməmmədkənddəyəm, Şəhid ailəsindəyəm…

Yenidən Nur üzlü Şəhidimiz, cəmi 18 yaşında canını Vətən yolunda Şəhid vermiş, bir ovuc külü torpağa tapşırılmış Miqdad Abduləlimovgildəyəm…

Onun Nur simalı valideynləri-Tünzalə xanım, Faiq bəy və yaxınları ilə bir aradayam…

Bu, mənim Mirzəməmmədkəndə, Şəhidimizin ailəsinə ikinci gəlişimdir…

Bir neçə ay öncə də bu evdə, bu müqqəddəs ziyarətgahda, bu gözəl insanlarla bir arada olmuşdum, onları, Şəhidimizin məzarını ziyarət etmişdim…

Amma yenə, bir daha özümə borc bildim ki, Şəhidimizin ailəsində, ocağında olum, onlarla bir araya gəlim, onları ziyarət edim…

Bu, mənim insanlıq, vicdan və qələm borcumdur…

Hətta borcumdan da artıqdır…

Miqdad evin-ailənin 3 övladından biri, iki bacının tək qardaşı idi…

Kollec təhsili almışdı…

İkinci Vətən Müharibəsində də cəmi bir neçə ayın Əsgəri kimi iştirak etmiş və elə döyüşlərin ilk günündə də Vətən torpaqları yolunda canını fəda etmişdi…

Tək oğul, övlad itkisi nə qədər dözülməz, ağır və əzablı olsa da, Şəhidimizin ailəsi, valideynləri hər zaman Məğrurluqları və Dik duruşları ilə seçilib, fərqləniblər…

Örnək, nümunə olublar…

Özlərini hər zaman Şəhidlərinin adına uyğun, əsl Şəhid ailəsi kimi aparıb və bir daha hörmət-izzət sahibi olublar…

Özləri acılar…içində qıvransalar da, bunu heç kimə bəlli etməyiblər, əksinə, maddi və mənəvi yardımları ilə dərdli, kədərli, acılı Şəhid ailələrinə dəstək olub, onların səsinə, tribunasına, arxa-dayağına çevriliblər…

Əsl Şəhid ailəsi, əsl Şəhid ailəsi örnəyi, nümunəsi…

Allah Nur üzlü Şəhidimizin məkanını bir daha cənnətlik, məqamını bir daha Uca etsin, dərdli, acılı, həm də Məğrur və Qürurlu ailəsinə, valideynlərinə bir daha səbr və dözüm versin!

Şəhidimizin ruhu və valideynləri qarşısında bir daha ehtiramla baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

04.07.2022,

Bakı-Quba-Mirzəməmmədkənd

Read Previous

3 bacının tək qardaşı, subay, Gizir, 5 medallı-SADİQ XUBYAR OĞLU AZAYEV – QUBALI ŞƏHİD ANASINA KÖMƏK ƏLİ UZADAN OLACAQMI, YARIMÇIQ QALMIŞ EVİN TİKİNTİSİ BAŞA ÇATDIRILACAQMI? – FOTOLAR

Read Next

Bakı yollarında vəziyyət-AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir