“Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda konfrans – LATVİYADA

Deputat, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov Latviyanın Qulbene şəhərində “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviya Respublikasında səfərdə olacaq.

Etikxeber.az xəbər verir ki, səfər çərçivəsində Kamran Bayramovun beynəlxalq konfransda “Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu” mövzusunda məruzə ilə çıxış edəcəyi gözlənilir.

Bununla belə, Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsi…” – PREZİDENT 5 YENİ SƏFİRİN ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Hüquqşünas olmaya bilərik, amma…” – DEPUTAT PREZİDENTİN KÖMƏKÇİSİNİN SON MÜSAHİBƏSİ HAQDA NƏ DEDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir