“ABŞ və Fransanın da “exit-poll” keçirən qurumları referendumu izləyəcək”-MSK sədri

“Ölkə üzrə 5627 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır”.

Etikxeber.az xəbər verir ki, bunu  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Səsvermələrdə şəffaflığın təmin olunmasında müşahidəçilərin əhəmiyyətli rolu olduğunu deyən sədr bildirib ki, MSK-da qeydiyyatdan keçən istənilən müşahidəçi bütün məntəqələrdə müşahidə apara bilər:

“Sabahkı səsverməni 117 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 33 ölkəni təmsil edirlər. Buraya Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, Türkdilli Ölkələrin Parlament Assambleyasının, bəzi ölkələrin parlamentlərinin, seçki komissiyalarının, həmçinin seçki prosesi üzrə ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxildir. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1097-si Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. 52 min 434 yerli müşahidəçi isə dairə seçki komissiyalarına müraciət edərək qeydiyyatdan keçiblər. Səsverməni müşahidə etmək üçün müraciət edən bütün tərəflərə şərait yaradılıb. Yerli müşahidəçilərdən 34 minə yaxını şəxsi təşəbbüsləri ilə müraciət edənlərdir”.

Vurğulanıb ki, səsverməni 16 beynəlxalq kütləvi informasiya vasitəsi də işıqlandıracaq. Dörd təşkilat tərəfindən “exit-poll”lar keçiriləcək:

“Sevindirici haldır ki, bunların arasında yerli təşkilatlarla yanaşı, ABŞ-ın və Fransanın “exit-poll”lar keçirən qurumları da var.

Bundan başqa, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının səs vermələri üçün diplomatik nümayəndəliklərimizdə 38 seçki məntəqəsi yaradılıb”.

Azərbaycanın veb-kamera praktikasından danışan MSK sədri bildirib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Beləliklə, dünyanın istənilən yerindən MSK-nın saytına daxil olmaqla bütün prosesləri davamlı izləmək mümkündür.

Etikxeber.az

Read Previous

Ən ucuz eynək orada 13 min dollardır…

Read Next

“Oğlan evi-2” filminin çəkilişləri yekunlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir