Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalara yeni səlahiyyət verilir?!

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

 Etikxeber.az-ın xəbərinə görə, Əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə dair inzibati xətalar haqqında işlərə baxacaq və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edəcək.

Yəni,  İnzibati Xətalar Məcəlləsinə  görə, həmin inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Xaricdən ekspertlərin dəvət edilməsinə ehtiyac yoxdur – VAHİD ƏHMƏDOV

Read Next

XİN-dən erməni nazirə – CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir