Yevda Abramov büdcə müzakirələrində bahalaşmadan gileyləndi…

Milli Məclisin (MM) noyabrın 22-də keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Yevda Abramov çıxışında bahalaşmadan danışıb:

“Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq.  Söhbət bu gün büdcəyə olan münasibətdən gedir. Bu  münasibət dəyişilməlidir”

Millət vəkili qeyd edib ki, büdcə ilə tanış olandan sonra optimist enerji ilə zala gəlib:

“Keçən ilki büdcədən sonra builki büdcənin belə olacağına mənim kimi həmkarlarımın da ümudi yox idi.  Ancaq  xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. 

Dünən qiymətlər haqqında həmkarım Vahid müəlim danışdı.  Biz bilirik ki, respublikanın iqtisadiyyatı liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də  təsir etmir. 

Qonşu Rusiyada ən azı 18 məhsul dövlət tərəfindən qorunur. Bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır.  Azərbaycanda qiymət qalxdısa onun enməsi çətin olur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verildi – NƏTİCƏLƏR – FOTO

Read Next

“Bakı-Tbilisi-Qars” iki qitəni polad əsaslarla birləşdirən unikal Avrasiya layihəsidir” – DEPUTAT – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir