Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.
“Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci konfransı keçiriləcək”- deyə, səfir bildirib.
Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib.
Etikxeber.az