Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyə parlamentinin yeni sədrini seçmək mümkün olmadı, ikinci tura keçildi
Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni spikeri (başqanı) seçmək mümkün olmayıb.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, birinci turda TBMM sədrliyinə namizədlərdən heç biri yetərli-400 səs toplaya bilməyib.
İlk səsvermənin sonucunda AKP İzmir millət vəkili Binali Yıldırım 331, CXP İzmir millət vəkili Erdoğan Toprak 134, HDP Siirt millət vəkili Meral Danış Beştaş 65, İYİ Parti İstanbul millət vəkili Hayrettin Nuhoğlu 43 və Səadət Partiyası İstanbul millət vəkili Nazır Cihangir İslam 4 səs alıb.
Odur ki, TBMM sədrliyinə seçimlər üçün 2-ci tura keçilib.
İkinci turda da spiker seçilmək üçün 400 millət vəkilinin səsini qazanmaq gərəkir.
Əgər ikinci turda da, lazımi səslər toplanmazsa, 3-cü tura keçiləcək.
Üçüncü turda da spiker seçilmək üçün 301 deputatın səsini almaq tələb olunur.
Əgər üçüncü turda da TBMM-in sədri seçilməzsə, 4-cü tura keçiləcək və ən çox səs qazanan şəxs yeni spiker seçiləcək.
***
Sədrlik uğrunda mübarizə 3 tur səsvermə aparılıb.
Binəli Yıldırım üçüncü səsvermədə 584 deputatın 335-nin səsini toplayaraq TBMM-nin sədri olub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az