Yıldırm İstanbul bələdiyyə başqanlığına namizəd olur?! – AKP-də önəmli gəlişmələr…

Baş nazir Binəli Yıldırım növbəti bələdiyyə seçkilərində AKP-nin İstanbul Böyükşəhər bələdiyyə başqanlığına rəsmi namizədi ola bilər.

Etikxeber.az-ın məlumatına görə, bu haqda Türkiyə mediası xəbər yayıb.

Məlumata görə, 16 aprel referendumunda İstanbul və paytaxt Ankarada AKP-nin, daha doğrusu, “Evetçi”lərin “Hayırçı”lara uduzması hakim partiyanı yaxın gələcəklə siyasətində bağlı bir sıra önəmli dəyişikliklər etməyə hərəkətləndirib.

Bu baxımdan da, 2019-cu ildə keçiriləcək növbəti bələdiyyə seçkilərində uğur əldə etmək üçün İstanbul Böyükşəhər bələdiyyə başqanı Kadir Topbaşın Binəli Yıldırımla, Ankara Böyükşəhər bələdiyyə başqanı Məlik Gökcəyin isə keçmiş nazir Əli Babacanla əvəzlənməsi gözlənilir.

Hələlik medianın yaydığı xəbərə hakim AKP-dən hər hansı bir rəsmi cavab-açıqlama gəlməyib.

Etikxeber.az

Read Previous

Həndbolçularımızdan uğurlu start: Azərbaycan-Pakistan – 43:36 – “İSLAMİADA-2017” – FOTO

Read Next

Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir