“Yırtıcı” ləqəbli Xüsusi Təyinatlı-ƏLİ SEYİDOVUN ŞƏHİDLİYİNDƏN ÜÇ İL KEÇİR…

Bu gün Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Rahim oğlu Seyidovun Şəhadətə qovuşduğu gündür.

Əli Seyidovun Şəhidliyindən üç il ötür.

Etikxeber.az xəbər verir ki, Əli Seyidov 1999-cu ilin iyul ayının 11-də Bakı şəhərində, Ramana qəsəbəsində dünyaya gəlib.

Ailədə üç övlad, üç qardaş olublar.

Anaları Lalə Səlimova tərəfindən təkbaşına böyüdülüblər.

Lalə xanım onlara həm ana, həm də ata olub.

2006-2017-ci illərdə 90 saylı orta məktəbdə təhsil alıb.

Əli idmanla məşğul olub,  kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub və həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE, Xüsusi Təyinatlı-kəşfiyyatçı, Çavuş kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk günündən də ağır döyüşlərdə olub və Suqovuşan istiqamətində ağr döyüşlərdən birində, oktyabrın 4-də qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Nəşi bir neçə gün sonra, 2020-ci ilin oktyabr ayının 10-da Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə “Vətən uğrunda”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası Lalə xanım isə övladının Haqqı olan daha bir neçə medal və ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir, tələb edir və həmin günü səbrsizliklə gözləyir.

Eyni zamanda, Cənnətdəki ilk doğum günündə, 2021-ci ilin 11 iyul tarixində adını daşıyan “Şəhid bulağı”nın izdihamlı açılışı olub.

O, həm də subay idi.

Qeyd edək ki, bu gün saat 16:00-da Əli Seyidovun Şəhidlik məqamına ucalmasının üçüncü ilə bağlı Suraxanı rayon Heydər Əliyev Mərkəzində tədbir düzənlənəcək.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, Şəhid Əli Seyidovun ruhuna dualar olunacaq, çıxışlar ediləcək.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əbədiyyətə uğurlanmasından 3 il keçir-BU GÜN SAATLI RAYONUNDAN OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏXAVƏT TALIBZADƏNİN ANIM GÜNÜDÜR…

Read Next

İki övlad atası, evin-ailənin tək oğlu-həm Ucarlı, həm də Bakılı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN İSMAYILOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir