Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 14-15-də rayonlarda və Bakıda hava şəraitinin kəskin dəyişiləcəyi,  çovğun olacağı barədə xəbərdarlıq edib. Bununla əlaqədar yol polisi yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Etikxeber.az-a verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı havaşəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.

Etikxeber.az

Read Previous

Dollar bahalaşmaqda davam edir

Read Next

“Azəriqaz” şaxtalı havada İsmayıllı ilə Oğuzu qazsız qoyacaq- SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir