Yol qəzasında 1 nəfər öldü,1 maşın isə yandı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:36-da başa çatıb.

Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus evin həyətyanı ərazisində 5 m2 sahədə məişət tullantıları və “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Şəhidlərimizin adları açıqlandı…

Read Next

Neftin qiyməti yenidən bahalaşıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir