“Yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırırıq”-DYP-DƏN MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək.

Etikxeber.az məlumat verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciətində qeyd edilib.

“Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”-deyə, müraciətdə vurğulanıb.

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu və iki övladı Vətənə əmanət qalan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FƏRİD ƏLİYEVİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ AİLƏSİ-OCAĞI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİDİN XANIMINA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“…Müharibə qalıqlarıdır…Kimdə varsa, könüllü təhvil verilməlidir…”-DİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir