Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dostlar, salam!
Sizin üçün çox darıxdım. Bilirəm ki, siz də mənim üçün darıxmısınız.
Xəstələndiyim və müalicə aldığım günlərdə hər an dəstəyinizi hiss etdim.
Azərbaycan və Türkiyə həkimlərinə, tibb işçilərinə təşəkkürümü bir daha bildirirəm.
Bu müddətdə ziyarətlərinizə, xoş arzularınıza, dualarınıza və köməyinizə görə var olun!
Hacettepe klinikasında olduğum üç həftə ərzində birinci həftə dəyərli dostlarım Arif Hacılı (o həm də məni Bakıdan Ankaraya çatdırdı) və İsa Yaşar Tezel, ikinci həftə xanımım Aida Qəmbər, üçüncü həftə oğlum Turqut Qəmbər bir an belə başımdan ayrılmadılar.
Heç kimin zəhmət çəkməməsini təkrar-təkrar xahiş etməyimə baxmyaraq dəyərli böyüyümüz Cəmil Ünal başda olmaqla Azərbaycan Kültür Dərnəyi üzvləri, soydaşlarımız və Türkiyənin önəmli dövlət və siyasət adamları məni bir gün belə yalnız buraxmadılar.
Bütün adları qeyd etmək mümkün deyil, amma övladları ilə birgə məni az qala hər gün yad edən Xanım Xəlilovanı və köhnə dostumuz Könül Şamilqızını qeyd etməliyəm.
Onu da əlavə etməliyəm ki, Bakıdan məni ziyarət etmək istəyənlərin əksiriyyətinin qarşısını ala bilsəm də əski dostum Pənah Hüseyn gəldi və iki gününü mənimlə keçirdi.
Yenə də hamını qeyd etməyim mümkün deyil.
Gözləyə biləcəklərimdən başqa heç nə gözləmədiyim insanlardan da diqqət və dəstək gördüm, sağ olsunlar.
Ötən müddət ərzində Novruz Bayramı əsas olmaqla yaxşı nə baş veribsə, hər biriniz və xalqımız üçün xeyirli-uğurlu olsun!
Pis nə olubsa, keçmiş olsun!
Bu günlərdə keçdiyim son müayinədə həkimin səviyyəsinə əmin olduqdan sonra ona sual verdim:
“Həkim, mənim sağlamlığımın bərpa olunması ehtimalı nə dərəcədədir?” Həkim səmimi və inamlı tibbi cavab verdi: “İsa bəy, siz artıq bərpa olunmusunuz, sadəcə, hərəkətə keçməlisiniz”.
Demək, yola davam!
İsa Qəmbər,
Müstəqil Strateji Düşüncə Mərkəzinin rəhbəri
Etikxeber.az