“Yoldaşların təbrikə gəliblər…Dur, onları qarşıla…”-BEYNƏLXALQ TƏYYARƏ BƏLƏDÇİLƏRİ GÜNÜNDƏ MİLLİ QƏHRƏMAN HÖKUMƏ ƏLİYEVANIN MƏZARI ZİYARƏT EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

31 may-Beynəlxalq Təyyarə Bələdçiləri Günündə Milli Qəhrəman Hökumə Əliyevanın İkinci Fəxri Xiyabandakı məzarı-büstü ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, Hökumə Əliyvanın məzarını ziyarətdə ailə üzvləri-anası Kəmalə xanım, həyat yoldaşı Etibar Əliyev, qardaşı Coşqun Nəsibli və Milli Qəhrəmanın iş yoldaşları-AZAL əməkdaşları iştirak ediblər.

Ziyarət zamanı Hökumə Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb, Bələdçilər Günü təbrik olunub.

Kövrək, təsirli, duyğulu anlar yaşanıb.

Hökumə Əliyevanın ailə üzvləri öz növbəsində ziyarət iştirakçılarına, AZAL əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yaxşı olardı ki, parlamentli respublika modelinə keçək…”-QÜDRƏT HƏSƏNQULİYEV – (MÜSAHİBƏ)

Read Next

Cənnətdəki doğum günləri olan Birinci və İkinci Vətən Müharibəsi, 2021-ci il və Antiterror Şəhidləri-BƏRƏLİ İLQAR ABBASOV, YAQUB YAQUBOV, ŞƏMKİRLİ ƏHMƏD ZAMANLI, ZARATLI ASİF ƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir