“Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam etdiriləcək…”-BŞİH BELƏ İDDİA EDİR – FOTOLAR

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yayıb.

Məlumata əsasən, təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam etdiriləcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.

Etikxeber.az

Read Previous

“Müharibə dövründə terror nəticəsində yaralanmış mülki vətəndaşlarımızın müalicə xərclərinin də “Yaşat” Fondu tərəfindən ödənilməsi məsələsinə baxılsın”-DEPUTATDAN ÖNƏMLİ TƏKLİF

Read Next

“71 hərbi əsir-məhbus və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədləri qaytarılıb”-AZAY QULİYEV ATƏT PA-DA NÖVBƏTİ ERMƏNİ YALANLARINA CAVABINDA BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir