Yoluxma sayı 400-ə yaxınlaşdı-DAHA 2 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, 9741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.

Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.

Etikxeber.az

Read Previous

İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir-DEPUTAT

Read Next

Millət vəkili Qaziyə-BAŞ ÇƏKDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir