Yoluxma sayı 500-ü keçdi-DAHA 4 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 799 471 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 639 nəfərdir.

Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.

Etikxeber.az

Read Previous

“Əl-Qaidə”nin başçısı öldürüldü-BAYDEN ƏMƏLİYYATI TAM UĞURLU ADLANDIRDI – YENİLƏNİB

Read Next

Qusarlı Şəhid və Qazi ailəsi-Cəfərovlar ailəsi: ŞƏHİD RUSLAN CƏFƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ, 22 YAŞININ TAMAMINDA İKİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI QARDAŞI NURLAN CƏFƏROVUN TOYU OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir