Yoluxma sayı yenidən artdı, 7 mini keçdi-DAHA 26 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər vəfat edib, aktiv xəstə sayı 37224 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 481, ötən müddət ərzində isə ümumilikdə 6 227 883 test aparılıb.

Etikxeber.az

Read Previous

“İctimai nəzarətçi” Rasim Məmmədov-SAXLANILDI…

Read Next

“İqtisadiyyatı, əhalisi artan Türkiyə, həmçinin əhalisi eynilə artan İran bizim üçün əsas bazardır”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir