Yoluxma sayında növbəti artım-1151 NƏFƏR VƏ DAHA 9 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib, aktiv xəstə sayı 9 593 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, ötən müddət ərzində isə ümumilikdə 6 028 671 test aparılıb.

Etikxeber.az

Read Previous

“XİN-ə tövsiyə edirik ki, Jan İv Lö Driana müraciət ünvanlayaraq, onun Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilsin”-SƏMƏD SEYİDOV

Read Next

İlham Əliyev 20 Yanvarla bağlı-PAYLAŞIM ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir