“Yoluxmada hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”-SƏHİYYƏ NAZİRİ

Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır.

Etikxeber.az-ın məlumatına görə, bunu Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir.

“Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Dövlət sərhədini pоzan 38 nəfər saxlanılıb-DSX

Read Next

Prokuror sabiq icra başçısına 13 il-HƏBS CƏZASI İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir