Yoluxmada növbəti antirekord-1663 – DAHA 16 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 65 411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 722, ötən müddət ərzində isə ümumilikdə 1 441 230 test aparılıb.

Etikxeber.az

Read Previous

“Şuşa zəfərini təbrik edirəm: Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir… Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir…”-ƏRDOĞAN

Read Next

“Bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür: Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür…”-ƏLİYEV AKAR VƏ ÇAVUŞOĞLUNU QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir