Yoluxmada növbəti artım-251 – SON SUTKADA ÖLÜM HALI QEYDƏ ALINMAYIB

Azərbaycanda koronavirus infeksiyasına daha 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən omayıb.

İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 214 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, ötən müddət ərzində isə ümumilikdə 3 929 320 test aparılıb.

Etikxeber.az

Read Previous

Son 29 ildə Şuşada ilk dəfə Qurban bayramı-QEYD OLUNDU – FOTOLAR

Read Next

“Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik…”-Əliyevlə Putin – GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir