Yoluxmada növbəti kritik artım-369 – DAHA 4 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42 750 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.

Etikxeber.az

Read Previous

“Ölkə Prezidentinin dediyi kimi, nə üçün Türkiyə də həmsədr olmasın?! Onunla hesablaşmaq lazımdır!”-MİLLƏT VƏKİLİ İLHAM ƏLİYEVİN “HABER GLOBAL”-A MÜSAHİBƏSİ HAQQINDA DAHA NƏLƏRİ DEDİ?

Read Next

Qaradağlı, Xatunbulaq, Qarakollu, Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri-İŞĞALDAN AZAD OLUNDU – ALİ BAŞ KOMANDAN BƏYAN ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir