Yoluxmada növbəti artım-2146 – DAHA 25 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 259 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı 18600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 099, ötən müddət ərzində isə ümumilikdə 2 858 773 test aparılıb.

Etikxeber.az

Read Previous

Gədəbəyli sahibkar qadın qısa müddət ərzində özünə iş qurdu və GƏLİR ƏLDƏ ETDİ…

Read Next

Qazi Təbriz Əlizadənin dili açıldı…-BU HAQDA MİLLƏT VƏKİLİ JALƏ ƏLİYEVA BİLDİRDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir