Yoluxmada növbəti azalma-89 – DAHA 3 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936, ötən müddət ərzində isə ümumilikdə 967040 test aparılıb.

Etikxeber.az

Read Previous

Prezident Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işlərindən son yeni korpusun-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Hətta onlar bir-bir cəzalandırılacaqlar…”-GƏNC POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir