Yoluxmada yenidən artım-255 NƏFƏR – 1 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 338 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152 nəfərdir.

Ölkədə son sutka ərzində 9 319, hazırkı dövrədək isə 3 914 819 test aparılıb.

Etikxeber.az

Read Previous

Beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılığa məruz qalması ilə bağlı-CİNAYƏT İŞİ AÇILDI

Read Next

“Regionda sülhün əldə olunması üçün müsbət rol oynamağa hazırıq”-ŞARL MİŞEL – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir