“Yoluxmayaq və yoluxdurmayaq!”-DEPUTATDAN ÇAĞIRIŞ

Təəssüf ki, son günlər gündəlik yoluxma sayına görə dövlətimizin attığı qabaqlayıcı və zəruri tədbirlər,həkimlərimizin fədakarlığı sayəsində qazanılmış müsbət dinamıkanı qoruya bilmirik. Bu günün göstəriciləri bunu bir daha təsdiqlədi. Hesab edirəm ki, səbəbi özümüzdə axtarmalıyıq. Müsbət dinamıkanın olması və karantin rejiminin yumşaldılması bir çox vətəndaşımızı bu ümumbəşəri təhlükənin artıq sovuşması qənaətinə gətirmiş və həddən artıq arxayınlaşmağa sövq etmişdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Kərimli deyib.

“Bir daha hər birinizi arxayınlaşmamağa, Operativ Qərərgahın bütün tövsiyələrini yerinə yetirməyə, şəxsi gigiyena və sosial davranış qaydalarına riayət etməyə çağırıram. Hesab edirəm ki, ən azı 20-25 gün ərzində, hər gün (məhz hər gün) sağalanların sayı yeni yoluxanların sayını 25-20 nəfər üstələyərsə, bir az sakitləşmək (arxayınlaşmaq yox) olar. Bir çox tibb alimləri, virusoloqlar, immunoloqlar qeyd edirlər ki,koronavirusa yoluxub sonradan müalicə olunmuş insanların səhhətində müəyyən fəsadlar qalır. Çalışaq ki, yoluxmayaq və yoluxdurmayaq!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“İnanırıq ki, bir neçə ildən bəri həllini gözlədiyimiz yol ən qısa zamanda öz abadlığı ilə bizləri sevindirəcək”-ZƏRDABIN DEPUTATI YAZIR

Read Next

“Bu, Ermənistanın dünyanın 120 dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir