YUĞ bu dəfə-“ƏZİZ ATA” DEDİ – FOTOLAR

Bugünlərdə Azərbaycan Dövlət YUĞ Teatrında İsmayıl İmanın pyesi əsasında “Əziz Ata” tamaşasının premyerası baş tutub.

Etikxeber.az-a verilən xəbərə görə, mnemonik rekonstruksiya janrlı səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova və aktyorlar Amid Qasımovla Günəş Tegin iştirak ediblər.

Tamaşadakı əhvalatlar illər öncə atanın yox olmasından sonra ana ilə qızın mürəkkəb münasibətləri haqqındadır.

Onlar öz münasibətlərinə aydınlıq gətirmək üçün atanı son dəfə gördükləri şəhərkənarı evə qayıdırlar.

Bu zaman özləri, bir-biriləri, ata ilə bağlı xatirələr onlar üçün əsl sınağa çevrilir.

“Əziz ata” tamaşasında atanın xatirəsi alov olmaqla yanaşı, həm də ana və qızı illərin susqunluğundan, ağrı-acısından və söylənməyən sözlər arasından aparan kölgədir.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissor assistenti Məryəm Qələndərovadır.

FOTOLAR:

Etikxeber.az

Read Previous

“Azərbaycan tərəfi Abu-Dabi görüşünün konstruktiv əsasda keçdiyini hesab edir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr olunmuş-BOKS TURNİRİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir