YUĞ Meksikada 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında-İŞTİRAK EDƏCƏK

Azərbaycan Dövlət YUĞ Teatrı 10 – 19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil ediləcək 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edəcək.

Bu barədə Etikxeber.az-a adıçəkilən teatrdan məlumat verilib.

Qeyd olunub ki, teatrın “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırladığı “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası 16 oktyabr tarixində Quimera teatrında nümayiş olunacaq.

İlahi oyun janrlı səhnə əsərində Əməkdar artist Qasım Nağı və aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov iştirak edir.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı isə İffət Əsgərovdur.

Qeyd edək ki, 1991-ci ildən etibarən hər il keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir.

Təxminən 400 min ziyarətçinin qoşulacağı gözlənilən festival Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri: Əfsanəvi Xüsusi Təyinatlı Devran Nayibov və MAXE Şövqi İsmayılzadə-BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil…”-PUTİN ƏLİYEVLƏ GÖRÜŞÜNDƏ BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir