Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Etikxeber.az-a verilən məlumata görə, Mərədkan istiqamətində hərəkət olan 99-DH-343 qeydiyyat nişanlı “Shacman” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
lkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.
Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.
08:36
***
Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub.
Xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır.
Etikxeber.az