Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Pandemiya ilə bağlı mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb. Azərbaycan əvvəldən koronavirusa qarşı mübarizədə bir sıra tədbirlər gördü və dünya ölkələri də bu təcrübədən istifadə etdi.
Etikxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, martın 2-də Azərbaycanın bütün ərazisində təhsil prosesi dayandırılıb:
“Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”.
Təhsil naziri vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən qəbul edilən qərarlar – vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlamlığına bura biləcəyi təsirin qarşısının alınması, dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həmrəyliyi nəticəsində olub:
“Bu prosesin vacib mərhələsindəyik, ilk dəfə xüsusi karantin tədbirlərinin müəyyən qədər yumşaldılmasından danışırıq. Bundan sonra məhdudiyyətlərin geri qayıtmaması üçün hər bir vətəndaş öv davranış və məsuliyyətini ortaya qoymalıdır. Sosial məsafə, şəxsi gigiyena, insanların kütləvi toplaşmaması ilə bağlı tövsiyələrə əmək edilməlidir”.
Sonra “Tədricən yumşaldıcı tədbirlərə başlamışıq. Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq”-deyən nazir bildirib ki, yumşaldılma tədbirləri barədə qərarlar qəbul olunan zaman təhsil sektoru ilklərdən ola bilməz:
“Növbəti mərhələdə bunlar müzakirə oluna bilər. Şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlər davam etdiriləcək. Ehtiyac olarsa, növbəti aylarda onlayn rejimdə dəstəkləyici vasitələrlə geri qalmalarının qarşısı alınacaq”.

***
“Hazırda müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr onlayn platformalardan istifadə edirlər”.
Bunu da C. Bayramov bildirib.
Nazirin sözlərinə görə, bu işin genişlənməsi istiqamətində iş görülür:
“Ali təhsilin əlçatanlığı ilə bağlı hələ ötən il bir sıra fərman və sərəncamlara uyğun olaraq dövlət hesabına oxuyan tələbələrin sayı artırılıb. Bəzi kateqoriyadan olan tələbələr ödənişsiz təhsil almaq imkanı qazanıblar. Bu prosesə uyğun olaraq 2020-2021-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayının 22 minə çatdırılması nəzərdə tutulur. Tələbələrin 50 faizi, yəni hər ikisindən biri dövlət hesabına təhsil alır. Aprelin 13-də imzalanan qərara görə, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsinə qərar verilib. Rektorlarla geniş video konfransda bu məsələ müzakirə olunub. Martın əvvəlindən alt sistem vasitəsilə tələbələr özləri barədə müraciətləri daxil edə biləcəklər. Təhsil haqqı ödənişi 2019-2020-ci yaz və 2020-2021-ci payız sessiyası üçün ödəniləcək”.
***
Təhsil naziri yay tətilinin ləğv olunma ehtimalına da münasibət bildirib.
Nazir deyib ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək:
“Bütün hazırlıq işləri aparılır. Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz”.
***
C. Bayramov həmçinin, bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.
Bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur:
“Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.
Etikxeber.az





