Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Deputatı olduğum Ucar rayonunun Bərgüşad kəndindən Oqtay Həsənovun xəstəxanalarında müayinə və əməliyyat olunmasına göstərdikləri yaxından köməkliyə görə Eksperimental Xəstəxananın baş həkimi, dəyərli insan Yusif Əliyevə, əməliyyat həkimi, cərrah İlqar Namazova təşəkkür edirəm.
Etikxeber.az-ın xəbərinə görə, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən millət vəkili olan, professor Jalə Əliyeva deyib.
“Baş həkim Yusif Əliyev müraciətimizə çox həssaslıqla yanaşdı. Xəstəmizin bütün müayinə və müalicə, əməliyyat xərclərini üzərunə götürdü. Bu təmənnasız xidmət üçün bir daha həm öz adımdan, həm də Həsənovlar ailəsi adından Eksperimental xəstəxananın əməyi keçən bütün personalına minnətdarlığımızı bildirirəm. Oqtay qardaşımıza isə yastığın yüngül olsun, deyirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az





