Yusif Budaqov, Cavidan İbrahimli və Nicat Şükürlünün adlarına küçələr verildi-BADAMDAR VƏ BAYIL QƏSƏBƏSİNDƏKİ ÜÇ KÜÇƏ BUNDAN SONRA BU ŞƏHİDLƏRİN ADLARINI DAŞIYACAQ

Bakının Səbail rayonundan olan daha üç Şəhidin adı-xatirəsi əbədiləşdirilib.

Etikxeber.az xəbər verir ki, Səbailli İkinci Vətən Müharibəsi Şəhidlərindən Yusif Budaqovun, Cavidan İbrahimlinin və Nicat Şükürlünün adlarına küçələr verilib.

Ailənin tək və subay övladı, texnikum (kollec) təhsilli Yusif Ramiq oğlu Budaqovun adı Badamdar qəsəbəsindəki “Qədim Qala” küçəsinə verilib.

Bundan sonra “Qədim Qala” Şəhid Yusif Budaqovun adını daşıyacaq.

Ailənin iki övladından biri, evin tək, subay və ali təhsilli oğlu Nicat Ayaz oğlu Şükürlünün adı ailəsinin yaşadığı “Buxta” küçəsinə verilib.

Bundan sonra Səbail rayonunun Bayıl qəsəbəsinin “Buxta” küçəsi Şəhid Nicat Şükürlünün adını daşıyacaq.

Qeyd edək ki, həmin küçədə daha bir İkinci Vətən Müharibəsi Şəhidi – evin-ailənin tək, subay və ali təhsilli oğlu Cəmil Məmmədli də yaşayıb.

Onun adı Badamdardakı “Məktəbli” küçəsinə verilib.

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin subay oğlu olan Cavidan Nizami oğlu İbrahimlinin adı isə Badamdardakı “Neftçilər” küçəsinə verilib.

Bundan sonra “Neftçilər” Şəhid Cavidan İbrahimlinin adını daşıyacaq.

Ruhları şad olsun, Nur içində yatsınlar!

Kamil HƏMZƏOGLU

Etikxeber.az

Read Previous

Badamdar qəsəbəsindəki “Məktəbli” küçəsi bundan sonra-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ CƏMİL MƏMMƏDLİNİN ADINI DAŞIYACAQ

Read Next

Zəlzələ-BU DƏFƏ GORANBOYDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir