“YUVAM” “Gələcəyimiz olan uşaqları sevək və sevindirək”-DEDİ VƏ… – FOTOLAR

“YUVAM” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Ağstafa rayonunda “Gələcəyimiz olan uşaqları sevək və sevindirək” adlı tədbir keçrilib.

Tədbirdə ilk öncə mərhum dövlət başçısı Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Etikxeber.az xəbər verir ki, sonra Dövlət himni səsləndirilib.

Daha sonra “YUVAM” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin təsisçisi Fidan Vilayət qızı Mərdəliyeva qonaqları salamlayaraq, onlara bu şəraiti yaratdıqları üçün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova və İcra Hakimiyyətinin bütün kollektivinə təşəkkür edib.

Qeyd edib ki, tədbirin keçrilməsində fiziki məhdudiyyətli uşaqlarla, onların ailələri ilə yaxından tanış olmaq, mənəvi-psixoloji dəstəklərini göstərmək, qayğılarını hiss etdirməkdir.

“Birliyin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda, məqsəd, amal xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım sahəsində dövlət tərəfindən təbliğ etmək, bu sahəni dəstəkləyən layihələri həyata keçirmək və onlara hər zaman dəstək olmaqdan ibarətdir”-deyən Fidan Mərdəliyeva xüsusilə, daim uşaqlara, eləcə də fiziki məhdudiyyətli uşaqlara ayırdıqları diqqət və qayğı üçün Ali Baş Komandan İlham Əliyevə, ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Tədbirdə iştirak edən Şəhid atası çıxış edərək, belə təşəbbüsü alqışlayıb və Fidan xanıma gələcək işlərində uğurlar diləyib.

Qeyd edək ki, tədbirdə Qazax, Ağstafa və Tovuz rayonlarından 80-dən çox uşaq və valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil işçiləri, valideynlər uşaqları maarifləndirmək məqsədi ilə təşkil edilən belə gözəl gün üçün təşəkkur ediblər.

Həmçinin, uşaqlar üçün bayram süfrəsi açılıb, onlara müxtəlif hədiyyələr təqdim olunub.

Tədbirin sonunda uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil edilib.

Bir-birini əvəz edən müğənilər, şən klounlar uşaqların sevincinə şərik olaraq, onları əyləndiriblər.

Onu da qeyd edək ki, xeyrixah əməllərin sahibi olan Fidan Vilayət qızı Mərdəliyevanın ürəyi hər zaman vətən eşqi ilə döyünür, xeyirxah addımları ilə tanınır və sevilir.

İctimai işlərdə hər zaman fəaldır.

Gələcək işlərində “YUVAM” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin təsisçisi Fidan Mərdəliyevaya uğurlar diləyirik.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi-SURİYADAKI VƏZİYYƏT MÜZAKİRƏ OLUNDU…

Read Next

Beyləqanlı Şəhid bacısı Əminə İsmayılova ilə Şəhid qardaşı Mövlan Rüstəmlinin-TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir