“Yuve”, “Barsa”, “Qranada”, “Betis” sevincli… – NƏTİCƏLƏR

İspaniya La Liqasında VI tur başlayıb.

Etikxeber.az məlumat verir ki, ilk oyun günündə 3 matç keçirilib.

“Barselona” öz meydanında “Vilyarreal”a qalib gələrək liderlərə yaxınlaşıb.

“Qranada” isə “Valyadolid”lə səfər heç-heçəsi sayəsində zirvəni ələ keçirib.

“Betis” günün ən məhsuldar oyununda “Levante”ni məğlub edib.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 25-27-də keçiriləcək.

İspaniya La Liqası

VI tur

24 sentyabr

“Valyadolid” – “Qranada” – 1:1
Plano, 12 – Fernandes, 42
“Betis” – “Levante” – 3:1
Moron, 45, 48, İqlesias, 67 – Hemani, 7
“Barselona” – “Vilyarreal” – 2:1

İtaliya A seriyasında isə V tura start verilib.

Turun ilk günündə iki matç keçirilib.

“Yuventus” erkən qol buraxdığı qarşılaşmada “Breşia” üzərində əzmkar səfər qələbəsi qazanıb.

Nəticədə son çempion ən azı birgünlük liderliyə yüksəlib. “Verona” ilə “Udineze” qolsuz sülhlə ayrılıblar.

Qeyd edək ki, turun digər matçları sentyabrın 25-26-da baş tutacaq.

İtaliya A seriyası

V tur

24 sentyabr

“Verona” – “Udineze” – 0:0
“Breşia” – “Yuventus” – 1:2
Donnarumma, 4 – Çansellor, 40 (avtoqol), Pyaniç, 63.

Etikxeber.az

 

Read Previous

Nazir marşallı həmkarı və “Sivilizasiyalar Alyansı”nın ali nümayəndəsi ilə görüşdü

Read Next

“Azərbaycan yüksəlməkdə, Ermənistan enməkdə, çökməkdədir…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir