“Yuve” dörddəbir finalına yüksəldi – FOTO

Səfərdə “Bolonya” komandasına qalib gələn Turinin “Yuventus” klubu İtaliya kubokunun dörddəbir finalına yüksəlib

Etikxeber.az  xəbər verir ki, şənbə günü Balonyada keçirilən 1/8 final oyunu 2:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb.

Qalib komandada Federiko Bernardeski (9-cu dəqiqə) və Moyze Ken (49-cu dəqiqə) fərqləniblər. “Yuventus” dörddəbir finalda “Atlanta”-“Kalyari” qarşılaşmasının qalibi ilə görüşəcək.

Hazırda İtaliya çempionatında 19 oyundan 53 xal toplayan “Yuventus” məğlubiyyətsizlik seriyasını davam etdirir.

Kriştiano Ronaldonun komandası ən yaxın rəqibi “Napoli”ni 9 xal fərqi ilə qabaqlayır.”Balonya” turnir cədvəlinin 18-ci, “Atlanta” 8-ci, “Kalyari” isə 13-cü pilləsində qərarlaşıb.

Etikxeber.az

Read Previous

Ündər “Roma”nın ən yaxşı futbolçusu seçildi

Read Next

Qanunsuz ceyran ovlayan şəxs saxlanıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir