“Yuve”, “Napoli”, “Barsa”, “Malyorka”, “Borussiya”, “Tuluza” sevincli… – NƏTİCƏLƏR

İspaniya La Liqasında IX tur davam edir.

Etikxeber.az məlumat verir ki, daha dörd oyun keçirilib.

“Barselona” səfərdə “Eybar”ın qapısından üç cavabsız qol keçirib. “Xetafe” “Leqanes” üzərində qələbə qazanıb.

 “Atletiko” və “Valensiya”nın duelində komandalar hərəyə bir xal əldə ediblər. “Real” səfərdə “Malyorka”ya uduzub. Bu, “Barselona”nın liderliyi ələ keçirməsi ilə nəticələnib.

Qeyd edək ki, tura oktyabrın 20-də yekun vurulacaq.

İspaniya La Liqası
IX tur
19 oktyabr
“Eybar” – “Barselona” – 0:3

Qrizmann, 13, Messi, 58, Suares, 66
“Atletiko” – “Valensiya” – 1:1
Kosta, 36 – Parexo, 82
“Xetafe” – “Leqanes” – 2:0
Rodriges, 64, 84
“Malyorka” – “Real” – 1:0
Junior, 7

Fransa Liqa1-də də X tur davam edir.

Turun ikinci günündə 6 oyun keçirilib.

“Lion” evdə “Dijon”u uda bilməyib. “Lill” isə “Tuluza”ya məğlub olub.

 Liderlər qrupunda qərarlaşanlardan “Anje” “Brest”ə, “Nant” “Mets”ə uduzub. “Monpelye”ni qonaq edən “Reyms” isə növbəti qələbəsini qazanıb.

Qeyd edək ki, tura oktyabrın 20-də yekun vurulacaq.

Fransa Liqa1
X tur
19 oktyabr
“Lion” – “Dijon” – 0:0
“Anje” – “Brest” – 0:1

Kardona, 67
“Mets” – “Nant” – 1:0
Diallo, 86
“Tuluza” – “Lill” – 2:1
Sanoqo, 58, Qradel, 66 (pen.) – Fonte, 90+3
“Nim” – “Amyen” – 1:1
Martines, 41 – Kalabresi, 90
“Reyms” – “Monpelye” – 1:0
Abdelhamid, 2

Həmçinin, Almaniya Bundesliqasında VIII tur davam edir.

İkinci oyun günündə 6 matç baş tutub.

Son çempionu “Bavariya” “Auqsburq”la qarşılaşmada qələbəni son dəqiqədə əldən verib. “Borussiya”ların duelində isə Dortmund təmsilçisi mönhenqladbaxlılardan güclü olub. Liderlər qrupunda yer alan “Leypsiq”lə “Volfsburq”un görüşündə qalib müəyyənləşməyib.

 Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Almaniya Bundesliqası
VIII tur
19 oktyabr
“Union” – “Frayburq” – 2:0

Bulter, 1, İnqvartsen, 84
“Auqsburq” – “Bavariya” – 2:2
Rixter, 1, Finnboqasson, 90 – Levandovski, 14, Qnabri, 49
“Fortuna” – “Mayns” – 1:0
Henninqs, 82
“Leypsiq” – “Volfsburq” – 1:1
Verner, 54 – Veqhorst, 82
“Verder” – “Herta” – 1:1
Sarqent, 7 – Lukabakyo, 70
“Borussiya” D – “Borussiya” M – 1:0
Roys, 58

İtaliya A seriyasında da VIII tur başlayıb.

İlk oyun günündə 3 matç keçirilib.

“Napoli” “Verona”nı iki cavabsız qolla məğlub edib. “Latsio” ilk yarıda üç qol buraxdığı matçda “Atalanta”dan xal ala bilib.

 “Yuventus” isə növbəti qələbəsini bayram edib. Turinlilər “Bolonya”dan güclü olublar.

Qeyd edək ki, tura oktyabrın 21-də yekun vurulacaq.

İtaliya A seriyası
VIII tur
19 oktyabr
“Latsio” – “Atalanta” – 3:3

İmmobile, 69 (pen.), 90 (pen.), Korrea, 70 – Muriel, 23, 28, Qomes, 37
“Napoli” – “Verona” – 2:0
Milik, 37, 67
“Yuventus” – “Bolonya” – 2:1
Ronaldo, 19, Pyaniç, 54 – Sansone, 22

Etikxeber.az

Read Previous

Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanladı

Read Next

“Gənc kadrlarla əvəzolunma prosesi daha sürətlənəcək…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir