İtaliyanın “Yuventus” klubu futbolçu Aleks Sandro ilə yeni müqavilə bağlayıb.
Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu daha beş il “Yuventus”un şərəfini qoruyacaq.
Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb. Braziliyalı müdafiəçinin hazırda həftəlik məvacibi 110 min avrodur. Aleks İtaliyada Seria A-da ən yüksək məvacib alan futbolçulardan biridir.
A.Sandro Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” klublarının maraq dairəsindədir.
Braziliyalı 2015-ci ildə Portuqaliyanın “Portu” klubundan 26 milyon avroya transfer olunub. O, Turin klubunun heyətində 132 oyunda 9 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Etikxeber.az