“Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməyə hazırlaşır.
Etikxeber.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı hücumçunun agenti ilə danışıqlara başlayıb. Onunla 4 illik yeni müqavilə imzalanacaq. İtaliyalı futbolçu yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacaq.
Xatırladaq ki, P.Dibala bundan əvvəl “Yuventus”la müqavilənin müddətini uzadacağını açıqlamışdı.
Etikxeber.az