Yuxuya nəzarət edən “ağıllı” üzük?! – FOTO

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır. “Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə müntəzəm nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.

Etikxeber.az “hi-tech.mail.ru” saytına istinadən xəbər verir ki, cihaz yuxu ilə bağlı mümkün problemləri, o cümlədən apnoe xəstəliyini müəyyənləşdirməyə kömək edir.

Bu xəstəlik zamanı insan yuxuda çətin nəfəs alır, xoruldayır və hətta boğula bilər.

“Go2sleep” qurğusu “Bluetooth” texnologiyasının köməyilə smartfona qoşulur və yuxu barədə məlumatları mobil proqrama ötürür. “Ağıllı” üzük enerji doldurulmadan üç gecə işləyir.

Qurğunun ilkin sifariş qiyməti 89 dollardır.

Etikxeber.az

Read Previous

Belə təfəkkürlə futbolumuz istədiyimiz zirvəyə çata bilməz…- TAHİR SÜLEYMANOV YAZIR

Read Next

“Bu münasibətə dərhal son qoyulmalıdır…” – AŞPA-NIN KOMİTƏ SƏDRİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir