Zəlzələyə görə “Günəşli”dəki dərin dəniz özülündə işçilər təxliyə olundu

Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, noyabrın 4-də təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

“İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb” – deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

Etikxeber.az

Read Previous

Noyabrın 6-na gözlənilən hava proqnozu açıqlandı

Read Next

Paytaxtda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir