Zəngilanda zəlzələ baş verdi-ERMƏNİSTANDA HİSS OLUNDU…

Zəngilanda zəlzələ olub.

Etikxeber.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:25-də Ordubad stansiyasından 49 km şimal-şərqdə Zəngilan ərazisində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss edilib.

Zəngilanda baş verən zəlzələ eyni zamanda, Ermənistanda da hiss olunub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi zəlzələnin Qafanda 4-5 bal, Vayk və Exeqnazdor şəhərlərində 3-4 bal gücündə hiss edildiyi barədə məlumat yayıb.

Etikxeber.az

Read Previous

Qazaxıstanda baş verən iğtişaşlarda ölənlərin sayı açıqlandı-225 NƏFƏR

Read Next

Millət vəkillərinin qış tətili başa çatdı-YAXIN GÜNLƏRDƏ 2022-Cİ İL YAZ SESSİYASI İLƏ BAĞLI MM-İN KOMİTƏ İCLASLARI BAŞLAYACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir