Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rayon mərkəzində və kəndlərin əksəriyyətində elektrik enerjisi, telefon və intetnet rabitəsi bərpa edilib, suyun qurudulması məqsədilə rayona əlavə texnikanın cəlb edilməsi üçün tapşırıq verilib.
Etikxeber.az-ın xəbərinə görə, bunu Zərdab rayonundan millət vəkili olan Jalə Əliyeva deyib.
“Məlum olduğu kimi, Zərdab rayonunda və ətraf ərazilərdə dünən gün ərzində intensiv və güclü yağışlar yağıb. Yağışın yol açdığı fəsadların qısa zamanda aradan qaldırılması üçün rayon icra hakimiyyətinin rəhbərliyi ilə əlaqədar qurumlar mümkün olan bütün operativ tədbirləri görürlər”-deyən millət vəkilinin sözlərinə görə, bu gün səhərdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərİşıq ASC, Fövqəladə Hallar Nazirliyi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səlahiyyətliləri ilə əlaqə yaradılaraq, mövcud vəziyyətin qısa zamanda aradan qaldırılması üçün əlavə kömək xahiş edilib.
“Bir az əvvəl aldığım məlumata görə, rayon mərkəzində və kəndlərin əksəriyyətində elektrik enerjisi, telefon və intetnet rabitəsi bərpa edilib, suyun qurudulması məqsədilə rayona əlavə texnikanın cəlb edilməsi üçün tapşırıq verilib.
Müraciətlərimizi qısa zaman içərisində müsbət cavablandırdıqları və fəsadların aradan qaldırılması yönündə tədbir gördükləri üçün yuxarıda adını çəkdiyim dövlət qurumlarına təşəkkür edirik”-deyə, millət vəkili sonra bildirib.
Etikxeber.az




