Zədəli olduğuna görə Rəşad Sadıqov Şimali İrlandiyaya qarşı oynamayacaq

Azərbaycan yığması Şimali İrlandiyaya səfər öncəsi ciddi itki ilə üzləşib.

Etikxeber.az-ın məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçkiapasport.az saytına açıqlamasında bildirib ki, Rəşad Sadıqov məşq zamanı zədələnib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, “Qarabağ”nin 34 yaşlı müdafiəçisi bu səbəbdən də Şimali İrlandiyaya qarşı oynamayacaq.

Qeyd edək ki, Sadıqov zədəli olsa da, səfərə yollanıb. Qarşılaşma isə noyabrın 11-də olacaq.

Etikxeber.az

Read Previous

Növbəti ikitərəfli valyuta hərracı keçirildi

Read Next

Qırğızıstanda koalisiya çoxluğunun hökumətin strukturu və tərkibi ilə bağlı təklifi təsdiq edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir