“Zəfər yolu”nun sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur-RƏSMİ – YENİLƏNİB

“Zəfər yolu”nun 2021-ci ilin sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov “2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.

“Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20.3 km qısa olacaq. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılmasınəzərdə tutulub”-deyə, o, əlavə edib.

11:59

***

Sonra “Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır”-deyən H. Rüstəmovun dediyinə görə, avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, sözügedən yolun uzunluğu 123, 8 km. olacaq, yol 4-6 hərəkət zolaqından ibarət olacaq.

Etikxeber.az

Read Previous

“Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək”-ELXAN ŞAHİNOĞLU

Read Next

Rəfiqə Axundova “Şöhrət” ordeni ilə-TƏLTİF EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir