“Zəfərlər ardınca Zəfərlər-həm sahada, həm masada, həm hərb meydanında, həm diplomatiya səngərində… Bunların müəllifi, xəttatı, memarı, ustadı Sizsiniz, cənab Ali Baş Komandanım! Var olun, min yaşayın!”-JALƏ ƏLİYEVA HADRUT ZƏFƏRİNDƏN YAZDI

Hadrut və daha 8 kənd…

Daha bir Qələbə, daha bir Zəfər…

Axşam-axşam Ali Baş Komandanın, cənab Prezidentin Azərbaycan xalqına daha bir müjdəli-möhtəşəm Müraciəti…

Qələbə, Zəfər həsrəti ilə alışıb-yanan, köz kimi qovrulan qəlblərimizə səpilən sərin su, düşmənə, yaığya, zülmkara, qəsbkara çəkilən növbəti calın-çarpaz dağ…

Dağ da ki, dağ…Yeri ilə hələ çox, yüz illər göynədəcək…Necə ki, 27-28 il öncə biz göynəyirdik, zülm ərşə dirənmiş, naləmiz göylərə ucalmışdı…

Eşidən, eşidənimiz, duyan, duyanımız yoxuydu…Hər kəsin arxalı…qəsbkar, zülmkar qarşısında dili lal, qəbi, gözü kor, qulağı sağır olmuşdu…Hamı zülmkarın, yırtıcının, işğalçının yanında yer almış, səf tutmuşdu…

Amma… O gün, Qisas, Ədalət günü gəldi…Qələbə, Zəfər anı yetişdi…Bunu Siz yetişdirdiniz, Ali Baş Komandanım, Sərkərdəm, bu Sizinlə gəldi, cənab Prezidentim, Dövlət Babam!!!

İllərdir apardığınız səbrli, təmkinli, mətin, müdrik, uzaqgörən siyasət öz nəticəsini verdi. Azərbaycan gücləndi, gücünə güc qatdı, Azərbaycan möhkəmləndi, Azərbaycan qüdrətlindi, Azərbaycan Zəfərlərdən Zəfərlərə çatdı. Bu möhkəm bünövrə, özül, təməl üzərində yeni Azərbaycan quruldu, Azərbaycan adlı abidə ucaldıldı.

Bunu görməyən, gözrməzən gələnlər isə sentyabrın 27-də bütünlüklə fiaskoya uğradıldı, uğradıldılar. Növbəti hiylələri, növbəti fitnələri, növbəti təxribatları öz başlarında çatladıldı. Müzəffər və müsəlləh Azərbaycan Ordusuna ikinci Vətən Müharibəsinə başlamaq, “Vur!” əmri verildi…

Və Zəfərlər ardınca Zəfərlər, Qələbələr dalınca Qələbələr qazanıldı, həm sahada, həm masada, həm hərb meydanında, həm diplomatiya səngərində. Bunların müəllifi, xəttatı, memarı, ustadı da Sizsiniz, cənab Ali Baş Komandanım! Var olun, min yaşayın!

Bəli, xalqa tarixi müraciətinizdə də dediyiniz kimi, dəfələrlə demişik, demişdik, bəyan etmişik, etmişdik ki, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa, peşman olacaqsınız. Amma eşitmək, dinləmək istəmədilər və cavablarını da hər səngərdə, hər meydanda aldılar, alırlar və alacaqlar.

Sitat:

“Hesab edirsiniz ki, Azərbacan bu vəziyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan, görün, qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara onların yerini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.

Bəli, barışmadıq, barışmayacağıq, qovuruq, qovacağıq sonacan.

Daha bir sitat:

“Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Bütün istiqamətlər üzrə Azərbaycan mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də odur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər. Bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bötüvlüyümüzü bərpa edəcəyik”.

Bəli, Qələbə də, Zəfər də bizimdir, Qələbə də, Zəfər də bizim olacaq.

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanın olacaq!

Bunu var edənlər min yaşasınlar, yaşa Azərbaycan Ordusu, yaşa yaşadan, yaradan Ali Baş Komandan!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz…Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz…”-PREZİDENT XALQA NÖVBƏTİ MÜRACİƏTİNDƏ HADRUT QƏSƏBƏSİ VƏ BİR NEÇƏ KƏNDİN AZAD OLUNDUĞUNU BİLDİRDİ, NÖVBƏTİ DƏFƏ PAŞİNYAN VƏ ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQLAR ETDİ – YENİLƏNİB – (6) – FOTOLAR

Read Next

“Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur…”-İLHAM ƏLİYEVİN NÖVBƏTİ MÜSAHİBƏSİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir