Zəlzələ qurbanlarının sayı durmadan artır… – FOTO

Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 42-yə çatıb.

Etikxeber.az xəbər verir ki, bu barədə fəlakət rayonuna səfər edən Yaponiyanın Baş naziri Şinzo Abe deyib.

yapon-zalzala

“Hazırda 42 nəfərin həlak olduğu məlumdur. Biz təhlükəsizliyi təsdiq olunmayanların tezliklə aşkar edilməsi və xilası üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik”, – deyə Baş nazir NHK telekanalı ilə translyasiya edilən çıxışı zamanı bildirib.

Hazırda təbii fəlakətin baş verdiyi ərazidə özünümüdafiə qüvvələri, polis və yanğınsöndürmə xidmətinin heyəti axtarış-xilasetmə işlərini davam etdirir.

Baş nazir bildirib ki, hökumət fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işləri üçün 540 milyon yen (təqribən 4,86 milyon dollar) ayırmağı planlaşdırır.

Yerli kütləvi-informasiya vasitələri adada ictimai nəqliyyatın fəaliyyətinin bərpa edildiyini, yaşayış məntəqələrinin elektrik enerjisi ilə tam şəkildə təmin olunduğunu da bildirir.

Etikxeber.az

Read Previous

Sabiq deputatdan jurnalistə sərt ittihamlar…

Read Next

XİN-dən Paşinyanın avantürasına sərt cavab: ƏSL XİSLƏTİDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir